El zapatero remendón – Cuento azerbaiyano

Érase una vez un sha1 que reinaba en cierto país. Era muy casero y no había salido en toda su vida del palacio. Sin embargo, un día leyó un antiguo libro que decía que, en otros tiempos, los sha solían disfrazarse de derviches2 y salían por sus dominios. Iban por ciudades y aldeas, hablaban con las gentes en bazares y tiendas, y visitaban a los pobres para conocer cómo vivía su pueblo y lo que esperaban de él.

Cuando el sha terminó de leer el libro, llamó al visir3.

—¡Oh, sabio visir —le dijo—, quiero recorrer mis dominios y contemplar lo que ocurre en mis tierras! ¿Qué opinas?

—¡Larga vida a su majestad! —dijo el visir—. Es una idea muy juiciosa y hace mucho tiempo que lo debíais haber hecho, pero…

El sha le interrumpió con impaciencia:

—Visir, ¿qué significa ese «pero»?

El visir, que conocía el carácter del soberano, dijo con prudencia:

—¡Oh, sha, yo os lo diría, pero temo que os enfadéis!

—¡No tengas miedo —le tranquilizó el sha— y saca todo lo que tienes dentro!

El visir comprendió que, de todas formas, el sha no se iba a calmar hasta que no le arrancara su secreto, y le contestó:

Ardını oxu

Qızıl Saat – Maşadu di Asis

Maşadu di Asis

Maşadu di Asis

İndi sizə bir qızıl saatın hekayəsini danışacağam. Bər-bəzəkli bir zincirə taxılı, təptəzə, iri bir qol saatı var idi. Luiz Neqreyros, ona aid olmayan, heç yoldaşına da aid olmağı mümkün olmayan bu saatı evdə görəndə ağzıayrıq qalmaqda haqlı idi. Yoxsa, gözünə görünmüşdü? Elə deyildi; saat orada, yataq otağındakı masanın üstündə dururdu, elə Luizin özü kimi, bəlkə də olduğu yerdən və vəziyyətdən təəccüblənmiş halda, saat da ona baxırdı.

Luiz Neqreyros içəri girəndə Klara otaqda deyildi. Salonda oturub kitab vərəqləyirdi. Heç əri içəri girib, iltifat edərək onu öpəndə də çox fikir vermədi ona. Bu Klara gözəl qız idi, amma bir o qədər də soyuq idi, bəlkə də elə buna görə gözəl idi. Arıq, balaca bir xanım idi, boyuna baxanda uşağa oxşayırdı, kimsə yaxından gözlərinə baxsa, bilərdi ki, onun kimi qadın azdır. Halsız halda divanda uzanmış, gözləri kitabın açıq səhifələrində idi, amma təkcə gözləri, çünki fikri kitabda idi, ya başqa yerdə, heç bilmirəm. Amma görünürdü ki, fikri ərindən də, saatdan da uzaqda idi.

Luiz Neqreyros əlini saata elə bir sifətlə uzatdı ki, mən onu izah etməyi bacarmaram. Nə saat, nə də zənciri onun deyildi, heç onun tanıdığı adamların da deyildi. Nəsə tapmacalı oyun oynanılırdı. Luis Neqreyrosun şifrəli tapmacalardan xoşu gəlirdi, tapmacaların cavabını iti zəkasıyla tapmaqda ad çıxarmışdı, lakin onun qəzet və jurnallardakı tapmacalardan xoşu gəlirdi. Belə əşyalarla olan və ya zamanla işləyən, ən əsas da konseptsiz tapmacaları Luiz Neqreyros sevmirdi.

Bu səbəbdən, və yəqin ki, oxucu özü də başa düşər, digər bəlli səbəblərdən, Klaranın əri kresloya oturub, saçını dartaraq, ayağını yerə vurub saat və zənciri acıqlı-acıqlı masanın üstünə tulladı. Bu ilk nümayişkəranə qəzəbi keçəndən sonra yenidən həmin lənətə gəlmiş əşyaları götürüb bir də baxdı. Yenə eyni şey oldu. Bir müddət əllərini qoynuna qoyub məsələni götür-qoy elədi, bütün yaddaşını qurdaladı və axırda qərara gəldi ki, Klaradan bir izahat almamış hansısa bir işə girişmək mənasız və tələsik iş olar. Beləcə arvadının yanına getdi ki, onunla danışsın.

Ardını oxu

Nifrətdən Mərhəmətə – Miqel de Unamuno

Miqel de Unamuno

Toribionun Madridə həmin səfəri bərbad səyahət olmuşdu. Kənddə ona nə qədər əziyyət vermiş həmin o Kampomanesin alçaq sifətini ağlından çıxarda bilmirdi. Kampomanes! Bütün mənfi şeylər onda cəmlənmişdi. Toribio nifrət etdiyi bütün vulqar keyfiyyətləri ona aid edir, onun xainliyinə, pisniyyətinə güvənməməkdən isə zövq alırdı. Gözünü qırpmadan “Xain? Pisniyyətli Kampomanes? Çox istəyərsən elə, alçaqsan, başqa heçnə!” deyirdi.

Əlcəklərini götürüb taxmaq istəyirdi, lakin sonradan “Kampomanes də belə əlcəklərdən geyinir…Yekəxana görünəcəm…” deyə fikirləşib onları taxmadı.

Onunla, xəyalında canlandırdığı Kampomanesin ləyaqətsiz şəkli ilə, Madridə gəldi.

Həmin axşamüstü köhnə kafeyə getdi. Orada hər şeydən danışaraq, bütün qəm-qüssələrini unudub, Kampomanesi yadından çıxardacaqdı.

Ardını oxu

Saat altıda gələn qadın – Qabriel Qarsiya Markes

Qabriel Qarsiya Markes

Fırlanan qapı açıldı. Bu saatda Xosenin restoranında heç kəs yox idi. Saat yenicə 6-nı vurmuşdu və o bilirdi ki, daimi müştəriləri yalnız saat yeddinin yarısında gəlməyə başlayırlar. Restoranın müştəriləri ənənəyə sadiq və düzgün adamlar idi. Saatın əqrəbləri altıncı zəngi vurmuşdu ki, hər gün eyni saatda gələn bir qadın içəri daxil oldu və heç nə demədən fırlanan hündür bar kətilində oturdu. Dodaqları arasında sıxılmış, ancaq yanmayan bir siqaret vardı.

–         Salam, reyna* – onun oturduğunu görən Xose dedi. Sonra quru əski ilə şüşəli piştaxtanın üstünü silə-silə onun arxasına keçdi. Restorana kimsə girəndə Xose həmişə belə edirdi. Hətta demək olar ki, məhrəm münasibətə nail olmaq istədiyi qadınla da bu şişman və qırmızısifət restoran sahibi zəhmətlkeş adamın gündəlik hoqqasını beləcə nümayış etdirirdi.

Piştaxtanın o biri başından soruşdu:

Ardını oxu

Şamaxı Zəlzələsi İspan Mətbuatında (1902)

12 Mart 1902

“La Vanguardia” qəzeti, səh. 4-5, İspaniya

“La Vanquardiya” oxuyucularının bizdən öyrəndikləri Şamaxıdakı fəlakətin, hadisə barədə Tiflisdən yollanan ilkin xəbərlərdən daha da betər olduğu deyilir. Ən güclü fantaziya belə fəlakətin əsl mənzərəsini təsvir etməkdə aciz qalar.

Şamaxı bir neçə il öncəyə qədər vilayətin paytaxtı olmuş, Zaqafqaziyada yerləşən 30,000 əhalisi olan və Rusiyanın Avropadakı şəhərlərindən gələn köç sayəsində ildən ilə inkişaf edən bir şəhər idi.

Baş verən fəlakəti təsvir edə bilmək üçün Zaqafqaziyanın bu möhtəşəm məmləkətini tanımaq olduqca vacibdir.

Yerin geoloji qanunlarını bilənlər daha öncədən bildirmişdilər, amma nəticəsində müsəlman-tatar əhalinin qarşısıalınmaz həlakı, dövlət məmurlarının diqqətsizliyi də nəzərə alınmış olsa idi bu öngörümdə, bəlkə də önləm alınar, ən azından fəlakətin ölçüsü bu qədər olmazdı.

Kiçik Asiya ilə bənzərlikləri olan Zaqafqaziya klassik vulkanik hərəkətli bir bölgədir. Zəlzələsiz keçən bircə ili belə yoxdur. Bir neçə ay əvvəl Ermənistanın paytaxtı, Ərzurum da eyni səbəbdən uçquna məruz qalmış, ətraf kəndlər də zərər görmüşdü.

Ortasında Şamaxı kimi yerin olduğu belə bədbəxt bir ölkə daha təsəvvür etmək çətindir. Qayalıq və sıldırımlardan uzaq, neft mədənləri və Xəzər dənizindən Tiflisə gedən hər şeylə dolu Bakıdan sadəcə 90 km məsafədə yerləşən Şamaxıya ən yaxın dəmiryolu stansiyası Kürdəmir 50 km uzaqdadır.

Zaqafqaziyanın geoloji strukturunu 40 il araşdıran geoloq Abix1 deyirdi ki, Şamaxı Zaqafqaziyanın ən təhlükəli nöqtəsində yerləşir və əvvəl axır 1826-cı ildəki fəlakətdən daha güclüsü baş verəcək: “Ya bu şəhəri tərk etməli, ya da güclü sarsıntılara dözə biləcək binalarla yenidən inşa etmək lazımdır.”

Ardını oxu

Şənbə Günü Oğrusu – Qabriel Qarsiya Markes

Yalnız həftə sonlarında oğurluq edən Hüqo yenə də şənbə gecəsi bir evə girdi. Təxminən 30 yaşlarında olan və xroniki yuxusuzluqdan əziyyət çəkən gözəl ev sahibəsi Anna onu cinayət başında yaxaladı. Oğrunun tapança ilə hədə-qorxu gəlməsindən qorxan qadın bütün daş-qaşını, qiymətli əşyalarını ona verdi, ancaq xahiş etdi ki, 3 yaşlı qızı Pauliyə yaxınlaşmasın. Şübhəsiz, qız onu görürdü, oğru isə sehrbaz hiylələri göstərməklə onu ələ almağa çalışırdı. Hüqo düşündü: “Əgər burda hər şey yaxşıdırsa, niyə belə tez gedim ki?” Bütün həftə sonunu qala və vəziyyətdən tam şəkildə zövq ala bilərdi, çünki qadının əri işgüzar səfəri ilə bağlı olaraq bazar günü gecə gələcəkdi (bunu onları izlədiyinə görə bilirdi). Oğru bu barədə çox fikirləşmədi: ev sahibinin şalvarını geyindi və Annadan xahiş etdi ki, onun üçün nəsə bişirsin, anbardan şərab gətirsin və şam etmək üçün yaxşı bir mahnı qoysun, çünki musiqisiz yaşamaq mümkün deyil.

Pauliyə görə narahat olan Anna şam yeməyini hazırlaya-hazırlaya bu hərifi evdən çıxarmaq barədə fikirləşirdi. Ancaq əlindən heç nə gəlmirdi, çünki Hüqo telefon xətlərini kəsmişdi, ev isə uzaqda yerləşirdi. Gecənin bir aləmi, heç kim də gedib-gəlmir. Anna qərara gəldi ki,

Ardını oxu

Bu kəndə çox dəhşətli bir bəla üz verəcək – Qabriel Qarsiya Markes

Qeyd: Bir dəfə yazıçıların konqresində hekayəni danışmaqla onu yazmaq arasındakı fərqdən söz gedərkən Qarsiya Markes belə demişdi: “Fərq odur ki, hekayəni yazarkən onun necə dəyişdiyini görürsünüz”.

 

Biri vardı, biri yoxdu, kiçik bir kənd vardı. Orada bir qadın 17 yaşlı oğlu və 14 yaşlı qızı ilə birgə həyat sürürdü. Üzündən narahatlıq yağan qadın uşaqlara səhər yeməyi verirdi. Uşaqlar ondan nə baş verdiyini soruşanda belə cavab verdi:

– Bilmirəm, amma məndə elə bir hiss var ki, bu şəhərdə nəsə çox ciddi bir hadisə baş verəcək.

Onlar analarına güldülər. Dedilər ki, bu, qocalara məxsus öncəgörmədir, olan şeydir. Oğlan bilyard oynamağa getdi. Ən sadə karambolu vuran anda o biri oyunçu dedi:

– Bir pesodan* mərc gəlirəm ki, o dəyməyəcək.

Hamı gülüşdü. O da güldü. Karambolu vurdu, amma dəymədi. Pesonu ödədi. “Bu ki sadə karambol idi, necə oldu ki vura bilmədin?” soruşanda dedi:

– Düzdür, ancaq bu gün səhər anamın mənə dedi ki, bu şəhərdə nəsə çox ciddi bir hadisə baş verəcək, ona görə narahat qalmışam.

Hamı ona güldü. Pesonu qazanan adam isə evə döndü. O, anası və bir qohumu ilə yaşayırdı.

– Bu pesonu Damasodan çox sadə formada qazandım, çünki o, axmaqdır.

– Niyə axmaqdır ki?

Ardını oxu

Heç kimlər – Eduardo Qaleano

Necə ki bitlər it almaq xəyalını qurarlar, heç kimlər də sehirli bir gündə, anidən şans yağacağına, göydən şarhaşar fürsət yağacağına inanaraq  kasıbçılıqdan qurtulacaqlarının xəyalını qurarlar.

Amma şans nə dünən, nə bu gün, nə sabah, nə də nə vaxtsa göydən yağmayıb, yağmır, yağmayacaq da. Şans heç çisələmir də, hər nə qədər çoxları onu istəsə də, sol əlləri gicişsə də, günə sağ ayaqlarıyla başlasalar da, yeni ildə süpürgəsini dəyişsə də, yağmır.

Heç kimlər: Heç kimlərin uşaqlar, heç nəyin sahibləri.

Heçkimlər: Heç kim olanlar, heç kimsəciklər, qaçışan dovşanlar, gözüaçıq ölənlərdir, loxlar, əziklər.

Ardını oxu

Baxış Bucaqları – Eduardo Qaleano

I

Bayquş, yarasa, avara və oğrulara görə, alaqaranlıq səhər yeməyi vaxtıdır.

Turistlərə görə, yağış uğursuzluqdur, əkinçiyə görə bərəkət.

Yerlilərə görə, mənzərə turist deməkdir.

Karib yerlilərinə görə, lələkli sombrero* və qırmızı məxməri bürüncək geyinmiş Xristofor Kolumb, heç vaxt görmədikləri böyüklükdə bir tutuquşu idi.

 

II

Cənuba görə, şimalın yayı qışdır.

Bir soğulcana görə, spagetti orqiyadır**.

Hindlilər müqəddəs bir inək görəndə, kimlərsə böyük bir hamburger görür.

Hippokrat, Qalen, Maymonid və Paraselsə görə qəbzlik adlı xəstəlik var idi, lakin aclıq adlı xəstəlik yox idi.

Kardona qəsəbəsindəki qonşularına görə, yay-qış eyni paltarda gəzən Toto Zaugg, hörmətə layiq idi:

-Toto üşümür.

O, heç vaxt heç nə demirdi. O, üşüyürdü, amma paltosu yox idi.

Ardını oxu

Sükutunu sevirəm sənin – Pablo Neruda

Sükutunu sevirəm sənin, qeybdəsənmiş kimi,
Sanki uzaqdan baxırsan, çatmır səsim sənə.
Elə bil yol çəkib uçur gözlərin
Sanki qərq eləyib bir öpüş səni özünə.

Ruhumla dolmuş hər şey kimi
Hər şeydə sən varsan, ruhumla dolu.
Ruhum kimisən, xülyamın pərvanəsi,
Sanki sənsən melanxoliya kəlməsi.

Sükutunu sevirəm sənin, uzaqlardasanmış kimi.
Qozadakı pərvanə tək çırpınırsan sanki.
Uzaqlardan eşidirsən məni, yetmir ünüm sənə
Qoy mən də susum, sənin səssizliyində.

Ardını oxu