Heç kimlər – Eduardo Qaleano
Necə ki bitlər it almaq xəyalını qurarlar, heç kimlər də sehirli bir gündə, anidən şans yağacağına, göydən şarhaşar fürsət yağacağına inanaraq kasıbçılıqdan qurtulacaqlarının xəyalını qurarlar.
Amma şans nə dünən, nə bu gün, nə sabah, nə də nə vaxtsa göydən yağmayıb, yağmır, yağmayacaq da. Şans heç çisələmir də, hər nə qədər çoxları onu istəsə də, sol əlləri gicişsə də, günə sağ ayaqlarıyla başlasalar da, yeni ildə süpürgəsini dəyişsə də, yağmır.
Heç kimlər: Heç kimlərin uşaqlar, heç nəyin sahibləri.
Heçkimlər: Heç kim olanlar, heç kimsəciklər, qaçışan dovşanlar, gözüaçıq ölənlərdir, loxlar, əziklər.
Ola biləcəkləri halda, olmayanlardır.
Dil bilməzlər, amma ləhcəylə danışarlar.
Bir məzhəbə qulluq etməz, ancaq mövhumata inanarlar.
İncəsənətlə məşğul olmaz, ancaq əl sənətkarıdırlar.
Mədəniyyətləri yoxdur, ancaq folklorları var.
Adam deyillər, ancaq insanlığa qaynaqdırlar.
Üzləri yoxdur, ancaq biləkləri var.
Adları yoxdur, ancaq sayları var.
Dünya tarixində rolları yoxdur, ancaq yerli qəzetlərin axtarılanlar siyahısında olurlar.
Onları öldürəsi güllədən də daha dəyərsizdirlər heçkimsələr.
Eduardo Qaleano
İspancadan Tərcümə: Əfqan Xəlilli
Orijinal Adı: Los nadies