Nifrətdən Mərhəmətə – Miqel de Unamuno

Miqel de Unamuno
Toribionun Madridə həmin səfəri bərbad səyahət olmuşdu. Kənddə ona nə qədər əziyyət vermiş həmin o Kampomanesin alçaq sifətini ağlından çıxarda bilmirdi. Kampomanes! Bütün mənfi şeylər onda cəmlənmişdi. Toribio nifrət etdiyi bütün vulqar keyfiyyətləri ona aid edir, onun xainliyinə, pisniyyətinə güvənməməkdən isə zövq alırdı. Gözünü qırpmadan “Xain? Pisniyyətli Kampomanes? Çox istəyərsən elə, alçaqsan, başqa heçnə!” deyirdi.
Əlcəklərini götürüb taxmaq istəyirdi, lakin sonradan “Kampomanes də belə əlcəklərdən geyinir…Yekəxana görünəcəm…” deyə fikirləşib onları taxmadı.
Onunla, xəyalında canlandırdığı Kampomanesin ləyaqətsiz şəkli ilə, Madridə gəldi.
Həmin axşamüstü köhnə kafeyə getdi. Orada hər şeydən danışaraq, bütün qəm-qüssələrini unudub, Kampomanesi yadından çıxardacaqdı.
Ardını oxuİspan Pilotlar Azərbaycanda
Durante la guerra civil española, más de 500 pilotos españoles llegaron a Azerbaiyán, a la ciudad Ganyá, para hacer formación en la escuela militar №20 de pilotos, según el pacto entre la USSR y la República Española. Aunque la mayoría de ellos regresaron a España, más de 50 pilotos españoles quedaron aquí y lucharon contra el fascismo. Varios de ellos, participaron a la defensa de los pozos petróleos de Bakú, Azerbaiyán.
Əfqan Xəlilli (Afgan Khalilli)
khalilli@hispaniya.com
Bir növ 2-ci Dünya Müharibəsinin hazırlıq məşğələsi olaraq qəbul edilən, İspaniya Vətəndaş Müharibəsində, Almaniya və İtaliya monarxist-mühafizəkar-milliyyətçi cəbhəni müdafiə edərkən, SSRİ, Meksika, və qismən dəFransa respublikaçıların tərəfində idi. Bundan başqa on minlərlə könüllü 2-ci İspan Respublikasını qorumaq üçün səfərbər olmuş, döyüşlərdə fəal iştirak etmişdir.
1-ci Dünya Müharibəsində, mövcud təyyarələrin manevr qabiliyyətləri, texniki imkanları məhdud olduğundan, döyüşlərdə hava hücumları da həlledici olmamışdır. Lakin, havadan hücumun əhəmiyyəti hərbi ekspertlərin diqqətini çəkdiyindən, dövrün güclü ölkələri, mühəndis araşdırmarı ilə texnolojik imkanları artırmaq üçün lazımı fəaliyyətə başlamışdılar.
Almaniyanın, Hitler iqtidarında hərb sənayəsinə ayırdığı diqqət, hava qüvvələrindən də yan keçmir. Qısa zamanda təkmilləşən hərbi hava qüvvələri üçün İspaniya Vətəndaş Müharibəsi isə əla arena idi. Bu arenada, əvvəlki dünya müharibəsindən əliboş çıxmış güc mərkəzləri məşqə çıxacaqdılar.
Ardını oxu