İspan Mətbuatında Azərbaycan (1880-1905)

Yəqin ki, Azərbaycanda keçən əsrlərdə baş verən hadisələrin mətbuatda necə əks olunması bir çoxlarımızı maraqlandırmaqdadır. Lakin, təəssüf ki, bir çox səbəblərdən, o dövrə aid yerli mətbuat nüsxələrini əldə etmək bir o qədər də asan deyil, hələ onları online formatda əldə etmək bəlkə də mümkünsüzdür.

Lakin, yaşı 300 ildən çox olan İspan Qəzet Nəşriyyatında arxivləri yayımlamaq o qədər də çətin deyil. İspaniyanın köklü ABC, La Vanguardia, el Pais kimi qəzetləri öz arxivlərini internetdən online olaraq yayımlamaqdadırlar. Hispaniya.com olaraq, bizlər də Azərbaycanı həmin qəzetlərin arxivlərindən axtarıb, sizlərə, öz dilimizdə təqdim edirik.

Hər qəzet öz arxivini müxtəlif illərdən etibarən yayımladığı üçün, yazımızın ilk hissəsində sadəcə “La Vanquardiya” və “ABC” qəzetlərinin arxivlərindən istifadə etmişik. Növbəti illərin xəbərlərində digər böyük qəzetlərin o cümlədən, İspaniya Milli Kitabxanasının arxiv materiallarından istifadə edəcəyik. Hər dövrə görə xəbər sıxlığı dəyişdiyindən, biz də müxtəlif periodlara və məlumatın önəminə görə xəbərləri toplayaraq, maraqlanan oxuyucularımız üçün dərc edəcəyik.

4 Dekabr 1881,

Qitəmizin bəzi bölgələrində kütləvi şəkildə çay əkiminin mümkünlüyünü yoxlamaq üçün bir qrup yaponun Avropaya gəldiyi xəbər verilir. Qrup hal-hazırda Qafqazdadır və burada bu aromatlı içkinin iqlimə uyğunlaşdırmağın mümkünlüyünü açıqlayıblar. Bakıda, Xəzər dənizinin sahillərində, Çində və Yaponiyada olduğu kimi çay əldə etmək mümkündür.

28 Mart 1885,

“Ruslar Bakıda 50.000 kişi səfərbər ediblər.”

31 Mart 1885,

“Rusiya, Asiyada öz rəqibi İngiltərədən geri qalmamaq üçün Qafqazda 50.000 kişini səfərbər edib. Mərvdəki qoşunlarını qüvvətləndirmək üçün Bakıya yeni qüvvələr göndərir.”

“Times qəzetinin verdiyi xəbərə görə, ruslar Bakıda (Xəzər dənizində liman) 50.000 kişi səfərbər edirblər.”

2 Avqust 1887,

“Bakıda neft mədənlərindəkı yanğının bir neçə gün davam etdiyi bildirilir. Neftlə dolu tankerlərin yanaraq partlması dəhşətli görüntülərə səbəb oldu. Yanğının yaratdığı istilik o qədər güclü idi ki, böyük məsafələrdən belə alova yaxınlaşmaq mümkün deyildi. Depolanmış neftin tamamının yanmasına qədər alova söndürülə bilmədi.”

Bu slaydşou üçün JavaScript lazımdır.

27 İyul 1890,

“Vəba Xəzər dənizi bölgəsinə böyük zərər verir. Bakıda yetmiş vəba halı aşkarlanmışdır.”

8 Avqust 1890,

“Rusiya Maliyyə Nazirliyindən verilən məlumata görə, cari ilin ilk beş ayında Bakı neft mədənlərindən neft ixracatı artaraq 7,560,000 puda çatmışdır. (123,833 ton) Vladivastok-Bakı dəmiryolunun inşasının tamamlanmasından sonra ixracatın artacağı bildirilir.”

10 Oktyabr 1890,

“Neft barəsində, Rusiya Amerika Birləşmiş Ştatlarının istehsal etdiyi qədər neft istehsal edir və Bakı mədənlərinin neftinin bazarlarımızdakı əhəmiyyəti hər gün artmaqdadır.

27 iyul 1892,

“Sankt Peterburqdan xəbər verilir ki, vəba epidemiyası sürətlə yayılmaqdadır. Epidemiyanın yoluxduğu kəndlərin panikaya düşmüş sakinləri hara gedəcəklərini bilmədən qaçırlar.

Sahil bölgələrdən köç dəhşətli səviyyədədir. Sadəcə Bakıdan yüz min insan köç etmişdir.”

12 Mart 1902,

Şamaxı Zəlzələsi haqqında məqalə
7 iyul 1904,

Bakıda bir dəqiqə davam edən güclü zəlzələ baş vermişdir.
18 Fevral 1904,

Bakıda, rus ordusunun bu günə qədər əldə etdiyi müvəffəqiyyətləri qeyd etmək üçün təşkil olunan Te Deum zamanı, mərasimin təşkilatçısı olan rahibin üstünə dinamit bombası atılması nəticəsində ikisi ağır olmaqla bir neçə keşiş yaralanmışdır.

13 yanvar 1905,

Sankt Peterburqda düşünürlər ki, Bakıdakı neft bölgəsində fəhlələrin elədiyi tətili, fəhlələrin hamısını dəyişdirməklə bitirmək olar.

19 yanvar 1905,

Bakının neft bölgəsindəki fəhlə tətili bitmişdir.

23 fevral 1905,

Rus İnqilabı

Bu gün bəzi qəzetlər təcili teleqramlarla xəbər yayıblar ki, Qafqazda, xüsusi ilə də neft bölgəsi Bakıda kütləvi ixtisaslar hökm sürməyə başlayıb.

Bütün küçələrdə ən kriminal hadisələr baş verməkdədir. Demək olar ki, bütün neft mədənləri yandırılıb. Yerli hökümətin baş verən hədisələri önləməkdən aciz olduğu bildirilir.

Qatarlar dağıdılıb, dəniz nəqliyyatı isə fəaliyyətini dayanmışdır. Ehtiyatda olan hərbçilər də səngərləri tərk edərək, üsyançı xalqla birləşmişdir.

Bakıda terror hökm sürməkdədir. Bütün binalar bağlıdır. Qubernator isə müraciət yayımlayaraq bildirmişdir ki, qadınlar və uşaqlar evlərindən çölə çıxmasınlar.

Tez tez qafqazlılar və ordu arasında döyüşlər meydana gəlməkdədir.

Sankt Peterburqdan verilən xəbərə görə Bakı bölgəsindəki ümumi vəziyyət ekstrimal həddə çatıb. Belə ki, inqilabi hərəkat hər gün güclənməkdədir.

Deyilənlərə görə paytaxtdakı kütləvi ixtişaşlar səbəbi ilə ölü və yaralılar var.

 


* Bütün illustrasiyalar Faramond Blanşarda (Pharamond Blanchard) aiddir.
**Növbəti yazı 1905-1910-cu illəri əhatə edəcək.

%d bloqqer bunu bəyənir: