Meksika haqqında 15 maraqlı fakt
Tarix: 26/02/2016 Kateqoriya: Ümumi | 0 rəy
- Meksika dövlətinin rəsmi adı Meksika Birləşmiş Ştatlarıdır. 1821-ci ildə İspaniya İmperiyasından müstəqillik qazandıqdan sonra ölkə Meksika İmperiyası adlandırılırdı. Belə ki, İspaniyanın fransız qoşunları tərəfindən işğalından sonra, bütün Latın Amerikası koloniyaları mərkəzə – Madriddə yaradılmış süni burbon hakimiyyətinə qarşı üsyan etmiş və nəticədə bir-bir müstəqillik əldə etmişlərdi. Meksikada isə dövlət idarə şəkli konstitusiyalı monarxiya olaraq qəbul edilmiş və azadlıq hərəkatının başçısı Aqustin de İturbide imperator elan edilmişdi. Lakin cəmi 3 il sonra imperator ölkədən qovulmuş və 1824-cü ildə ölkədə respublika elan edilmişdir. Parlamentin liberal və demokratik dəyərlərin yenicə icra edilməyə başladığı ABŞ-a olan simpatiyasına görə dövlət Meksika Birləşmiş Ştatları adlanmağa başladı.
- Meksika dövlət bayrağı 3 şaquli bərabər hissədən ibarətdir. Hissələr yaşıl, ağ və qırmızı olmaq üzrə 3 rəngdən ibarətdir. Yaşıl rəng azadlığı, ağ rəng birliyi, qırmızı rəng isə milli qəhrəmanların qanını simvolizə edir. Bayrağın ortasında ölkənin ən önəmli simvollarından biri olan, Milli Gerb təsvir edilir. Əfsanəyə görə aztek tanrısı Huitzilepoçtli azteklərə – qədim meksikalılara kaktusun (nopal) üstündə ilan yeyən qartal gördükləri torpaqlarda yurd salmaları əmr edir. Meksika gerbindəki təsvir məhz həmin əfsanəyə söykənir.
- Bu günkü Meksika əhalisi bir çox qədim mədəniyyətlərin, o cümlədən olmeklər, zapoteklər, tolteklər, mayalar, azteklər və ispanların qarışığından əmələ gəlmişdir.
- Meksika ərazisində bilinən ən qədim və böyük mədəniyyəti Olmeklər qurmuşdur. Miladdan əvvəl 1200-300-cü illərdə yüksəliş dövrünü yaşayan bu mədəniyyət, ilk böyük piramidaları, həmçinin böyük ölçülərdə insan başı heykəllərini tarixə miras qoymuşdur.
- Amerika qitəsində ilk universitet 1551-ci ildə məhz Meksikada qurulmuşdur. İndiki adı Universidad Nacional Autónoma de México (Meksika Milli Muxtar Universiteti) olan ali məktəbdə həmin illərdə tibb, hüquq, teologiya və incəənət kimi dərslər verilirdi.
- 1539-cu ildə Meksika artıq mətbəə ilə tanış olmuşdu.
- Müxtəlif ətləri, əsasən acılı olmaqla, müxtəlif ədviyyatlarla qarışdırdıqdan sonra olduca böyük yarpaqların üstünə tökərək kəfənləmə üsulu ilə bağladıqdan sonra təndirdə bişirlən tipik meksikan yeməyi Sakauil (Zacahuil) ənənəvi üsulla bişirilərsə bəzən 5 metrə qədər uzunluğa sahib olur. Bu qədər böyük yeməyi isə təbii ki, böyük ailələr və qonaqlar yeyib qurtara bilər ancaq. 2012-ci ildə Poza Riko şəhəri bələdiyyəsi 107,7 metrlik sakauil bişirərək record əldə edib. Ümid edirik ki, Səbail Rayonu bu rekordu tezliklə “dünyanın ən uzun lülə kababı” ilə təzələyəcək.
- Qarğıdalı, acı bibər və şokoladın vətəninin Meksika olduğunu bilirdiniz? Nutellasevlərin Meksikaya ən az bir dəfə səhayət borcu var.
- Qərb ölkələri başda olmaqla, bir çox ölkələrdə Yeni İl dekorasiyaları zamanı geniş istifadə edilən poinsetia (yeni il gülü) bitkisinin vətəni də Meksikadır. Yaşıl və qırmızının mükəmməl armoniyasını daşıyan bu gülü ilk dəfə ABŞ-ın Meksikadakı 1-ci səfiri olmuş, Joel Roberts Poinsett 1820-ci il Yeni İl Bayramında bəzək kimi istifadə edib.
- Dünyanın ən kiçik itlər olan Çiuaua (Chihuahua) cinsi itlərin adı, Meksikanın şimalında yerləşən Çiuaua Ştatının adından götürülüb. Fərziyələrə görə, bu balaca it cinslərinin əcdadı, V-XI əsrlərdə mövcüd olmuş qədim Toltek mədəniyyəti dövründə rast gəlinən Teçiçi cins itləridir.
- ABŞ və Meksika arasındakı sərhəd, ABŞ və Kanada arasındakı sərhəddən sonra dünyadakı ən uzun sərhəd sayılır.
- Mexiko şəhəri qədim aztek şəhəri olan Tenoçtitlan şəhərinin üzərində qurulub və genişlənmişdir. Öz növbəsində Tenoçtitlan şəhəri də bir gölün üzərinə qurulmuşdu ki, bu da şəhərin yavaş yavaş batmağına səbəb olurdu. Öz dövrünə görə olduqca qabaqcıl mühəndislik və qayğı tələb edən şəhərə Ernan Kortes başçılığı altında gələn ilk konkistadorlar heyrətlərini gizlədə bilmirdilər.
- Tenoçtitlan şəhəri, indiki Mexiko, 1325-ci ildə Aztek İmperiyası dövründə inşa edilməyə başlanmış və 1521-ci ildə, ispan sərkərdə Ernan Kortesin başçılığı altında bölgəyə gələn ordu tərəfindən işğal edilmişdir.
- Amerika qitəsinin ən qədim şəhəri olan Mexiko şəhəri 20 milyon əhalisi ilə Qitədə 1-ci, dünyada isə Tokio (38 mln), Yeni Delhi (25 milyon) və Şanxay (24 milyon) şəhərlərindən sonra 4-cü böyük şəhərdir.
- Braziliyadan sonra dünyada ən çox katolikin yaşadığı ölkə Meksikadır.
Bunu bəyən:
Bəyən Yüklənir...
Oxşar