Bu kəndə çox dəhşətli bir bəla üz verəcək – Qabriel Qarsiya Markes

Qeyd: Bir dəfə yazıçıların konqresində hekayəni danışmaqla onu yazmaq arasındakı fərqdən söz gedərkən Qarsiya Markes belə demişdi: “Fərq odur ki, hekayəni yazarkən onun necə dəyişdiyini görürsünüz”.

 

Biri vardı, biri yoxdu, kiçik bir kənd vardı. Orada bir qadın 17 yaşlı oğlu və 14 yaşlı qızı ilə birgə həyat sürürdü. Üzündən narahatlıq yağan qadın uşaqlara səhər yeməyi verirdi. Uşaqlar ondan nə baş verdiyini soruşanda belə cavab verdi:

– Bilmirəm, amma məndə elə bir hiss var ki, bu şəhərdə nəsə çox ciddi bir hadisə baş verəcək.

Onlar analarına güldülər. Dedilər ki, bu, qocalara məxsus öncəgörmədir, olan şeydir. Oğlan bilyard oynamağa getdi. Ən sadə karambolu vuran anda o biri oyunçu dedi:

– Bir pesodan* mərc gəlirəm ki, o dəyməyəcək.

Hamı gülüşdü. O da güldü. Karambolu vurdu, amma dəymədi. Pesonu ödədi. “Bu ki sadə karambol idi, necə oldu ki vura bilmədin?” soruşanda dedi:

– Düzdür, ancaq bu gün səhər anamın mənə dedi ki, bu şəhərdə nəsə çox ciddi bir hadisə baş verəcək, ona görə narahat qalmışam.

Hamı ona güldü. Pesonu qazanan adam isə evə döndü. O, anası və bir qohumu ilə yaşayırdı.

– Bu pesonu Damasodan çox sadə formada qazandım, çünki o, axmaqdır.

– Niyə axmaqdır ki?

Ardını oxu

Polvo – Ramiz Rovsan

Ramiz Rövşən

Ramiz Rövşən

Soy polvo girando alrededor del cielo,
Soy un ojo que mira a la Tierra desde el cielo
Soy un ojo que no tiene sin embargo ni pestañas ni ceja,
Soy polvo que no tiene sin embargo ni pierna ni cabeza,
Envidioso de hombre, animal y pájaro
Giro alrededor del mundo
Este mundo también está girando
Como un gigantesco grano de polvo
Entre miles y miles de estrellas
El interior de este mundo es polvo
Este mundo está en el polvo
El polvo está en todas partes arriba y abajo
El principio y el fin del mundo es polvo
Soy polvo- quién sabe de dónde
He venido del principio o del fin

Ardını oxu

A Günel – Aqşin Yenisey

Las ciudades tienen un alma igual a un terremoto
Los poetas tienen una vida igual a un amor
Las mujeres tienen un miedo igual a un hombre
Las ciudades temen al terremoto,
Los poetas al amor
Las mujeres al ser olvidadas.

Ardını oxu

Heç kimlər – Eduardo Qaleano

Necə ki bitlər it almaq xəyalını qurarlar, heç kimlər də sehirli bir gündə, anidən şans yağacağına, göydən şarhaşar fürsət yağacağına inanaraq  kasıbçılıqdan qurtulacaqlarının xəyalını qurarlar.

Amma şans nə dünən, nə bu gün, nə sabah, nə də nə vaxtsa göydən yağmayıb, yağmır, yağmayacaq da. Şans heç çisələmir də, hər nə qədər çoxları onu istəsə də, sol əlləri gicişsə də, günə sağ ayaqlarıyla başlasalar da, yeni ildə süpürgəsini dəyişsə də, yağmır.

Heç kimlər: Heç kimlərin uşaqlar, heç nəyin sahibləri.

Heçkimlər: Heç kim olanlar, heç kimsəciklər, qaçışan dovşanlar, gözüaçıq ölənlərdir, loxlar, əziklər.

Ardını oxu

La Mujer Libre – Ramiz Rovsan

Ramiz Rövşən

Ramiz Rövşən

No, y tú cuerpo no es de piedra
¡Mira, qué te han hecho, mujer!
Primero, quitaron el chador..
..Luego, te desvistieron tus ropas..
Después, te pelaron como una cebolla
Paso por paso, mujer!
No llenaron de lágrimas los ojos de bárbaros
Di, todos estos banditos,
No han logrado desvestirte?
Se reflejaba la luz de un amor en tu rostro y en tus ojos
Te la apagaron también
Quitaron esta luz también
Pelaron casa, que todavía no has construido
Y niño, que todavía no has dado a luz
Mira, qué te han hecho, mujer!

Luego, tu honor, tu timidez fueron peleados
Luego, tu paciencia y tu resistencia
Las lágrimas saquearon, pelearon tus ojos
Tus ojos quedaron desnudos.

Ardını oxu

Baxış Bucaqları – Eduardo Qaleano

I

Bayquş, yarasa, avara və oğrulara görə, alaqaranlıq səhər yeməyi vaxtıdır.

Turistlərə görə, yağış uğursuzluqdur, əkinçiyə görə bərəkət.

Yerlilərə görə, mənzərə turist deməkdir.

Karib yerlilərinə görə, lələkli sombrero* və qırmızı məxməri bürüncək geyinmiş Xristofor Kolumb, heç vaxt görmədikləri böyüklükdə bir tutuquşu idi.

 

II

Cənuba görə, şimalın yayı qışdır.

Bir soğulcana görə, spagetti orqiyadır**.

Hindlilər müqəddəs bir inək görəndə, kimlərsə böyük bir hamburger görür.

Hippokrat, Qalen, Maymonid və Paraselsə görə qəbzlik adlı xəstəlik var idi, lakin aclıq adlı xəstəlik yox idi.

Kardona qəsəbəsindəki qonşularına görə, yay-qış eyni paltarda gəzən Toto Zaugg, hörmətə layiq idi:

-Toto üşümür.

O, heç vaxt heç nə demirdi. O, üşüyürdü, amma paltosu yox idi.

Ardını oxu

Sükutunu sevirəm sənin – Pablo Neruda

Sükutunu sevirəm sənin, qeybdəsənmiş kimi,
Sanki uzaqdan baxırsan, çatmır səsim sənə.
Elə bil yol çəkib uçur gözlərin
Sanki qərq eləyib bir öpüş səni özünə.

Ruhumla dolmuş hər şey kimi
Hər şeydə sən varsan, ruhumla dolu.
Ruhum kimisən, xülyamın pərvanəsi,
Sanki sənsən melanxoliya kəlməsi.

Sükutunu sevirəm sənin, uzaqlardasanmış kimi.
Qozadakı pərvanə tək çırpınırsan sanki.
Uzaqlardan eşidirsən məni, yetmir ünüm sənə
Qoy mən də susum, sənin səssizliyində.

Ardını oxu

Yasaq Quşlar – Eduardo Qaleano

1976, Azadlıq Həbsxanası: Yasaq Quşlar
arbol

Uruqvayda siyasi məhbuslar, icazəsiz danışa, fit çala, gülə, mahnı oxuya, sürətli gəzişə, hətta digər məhbusla salamlaşa bilməzdilər. Hələ bundan başqa hamilə qadınlar, cütlüklər, kəpənəklər, ulduzlar və quşlar olan rəsmləri nə çəkə, nə də ala bilərdilər.
Siyasi düşüncələrinə görə həbs edilərək işgəncəyə məruz qalmış, orta məktəb müəllimi Didasko Perezi bir bazar günü beş yaşlı qızı Milay ziyarət edir. Qızı ona quşların da olduğu bir rəsm gətirir. Məmurlar həbsxananın girişində rəsmi cırırlar.
Növbəti bazar günü Milay atasına ağaclar olan bir rəsm gətirir. Ağaclar yasaq olmadığından, rəsm içəri buraxılır.
Didasko rəsmi bəyənir və ağacların başında, budaqların arasından görünən bapbalaca dairəciklərin nə olduğunu soruşur.
— Bunlar portağaldır? Hansı meyvədir bunlar?
Qızcığaz atasını susdurur:
-“Sussssss” və pıçıltıyla atasına deyir:
-“Ay dəli, görmürsən bunlar gözdür? Bunlar gizlincə sənə gətirdiyim quşların gözləridir.”

İspan dilindən tərcümə: Əfqan Xəlilli
Orijinal adı: Los pájaros prohibidos, Eduardo Galeano

Ardını oxu

Qram-qram ölürlər – Marta Madeyros

Qram-qram ölürlər səyahət etməyənlər,
Kitab oxumayanlar, musiqi dinləməyənlər,
Mənliklərində xoş niyyət daşımayanlar.
Qram-qram ölürlər.

Qram-qram ölürlər, özünə hörmət qoymayanlar
Yardım əlini havada qoyanlar,

Ardını oxu

www.hispaniya.com

www.hispaniya.com – Azərbaycan-İberiya və Latın Amerika ölkələri əlaqələrinə təkan verməyi hədəfləyən web-lahiyə. Lahiyə, hal-hazırda, test yayımındadır.

Marağınız üçün təşəkkürlər,

“hispaniya.com

Ardını oxu