Qızıl Saat – Maşadu di Asis

Maşadu di Asis

Maşadu di Asis

İndi sizə bir qızıl saatın hekayəsini danışacağam. Bər-bəzəkli bir zincirə taxılı, təptəzə, iri bir qol saatı var idi. Luiz Neqreyros, ona aid olmayan, heç yoldaşına da aid olmağı mümkün olmayan bu saatı evdə görəndə ağzıayrıq qalmaqda haqlı idi. Yoxsa, gözünə görünmüşdü? Elə deyildi; saat orada, yataq otağındakı masanın üstündə dururdu, elə Luizin özü kimi, bəlkə də olduğu yerdən və vəziyyətdən təəccüblənmiş halda, saat da ona baxırdı.

Luiz Neqreyros içəri girəndə Klara otaqda deyildi. Salonda oturub kitab vərəqləyirdi. Heç əri içəri girib, iltifat edərək onu öpəndə də çox fikir vermədi ona. Bu Klara gözəl qız idi, amma bir o qədər də soyuq idi, bəlkə də elə buna görə gözəl idi. Arıq, balaca bir xanım idi, boyuna baxanda uşağa oxşayırdı, kimsə yaxından gözlərinə baxsa, bilərdi ki, onun kimi qadın azdır. Halsız halda divanda uzanmış, gözləri kitabın açıq səhifələrində idi, amma təkcə gözləri, çünki fikri kitabda idi, ya başqa yerdə, heç bilmirəm. Amma görünürdü ki, fikri ərindən də, saatdan da uzaqda idi.

Luiz Neqreyros əlini saata elə bir sifətlə uzatdı ki, mən onu izah etməyi bacarmaram. Nə saat, nə də zənciri onun deyildi, heç onun tanıdığı adamların da deyildi. Nəsə tapmacalı oyun oynanılırdı. Luis Neqreyrosun şifrəli tapmacalardan xoşu gəlirdi, tapmacaların cavabını iti zəkasıyla tapmaqda ad çıxarmışdı, lakin onun qəzet və jurnallardakı tapmacalardan xoşu gəlirdi. Belə əşyalarla olan və ya zamanla işləyən, ən əsas da konseptsiz tapmacaları Luiz Neqreyros sevmirdi.

Bu səbəbdən, və yəqin ki, oxucu özü də başa düşər, digər bəlli səbəblərdən, Klaranın əri kresloya oturub, saçını dartaraq, ayağını yerə vurub saat və zənciri acıqlı-acıqlı masanın üstünə tulladı. Bu ilk nümayişkəranə qəzəbi keçəndən sonra yenidən həmin lənətə gəlmiş əşyaları götürüb bir də baxdı. Yenə eyni şey oldu. Bir müddət əllərini qoynuna qoyub məsələni götür-qoy elədi, bütün yaddaşını qurdaladı və axırda qərara gəldi ki, Klaradan bir izahat almamış hansısa bir işə girişmək mənasız və tələsik iş olar. Beləcə arvadının yanına getdi ki, onunla danışsın.

Ardını oxu

Miqel de Unamuno

Miqel de Unamuno

Yazıçı, filosof, ictimai xadim Miqel de Unamuno i Xuqo (Miguel de Unamuno y Jugo) 1864-cü ildə İspaniyanın Bilbao şəhərində dünyaya gəlmişdir. Orta məktəb təhsilini Bilbaodakı Vizkaino İnstitutunda almış, daha sonra ali təhsil üçün paytaxta getmişdir. Madrid Komplutense Universitetininin Fəlsəfə və Ədəbiyat bölümündən məzun olduqdan sonra Salamanka Universitetində yunan filologiyası kafedrasında dekan (1891-1901), daha sonra Universitetin rektoru vəzifəsinə təyin edilmişdir (1901-1914). Monarxiya əleyhinə fikirlərinə görə bu vəzifəsindən istefa etdirilən Unamuno, universitet idarəsi tərəfindən dekanlıq, rektorluq vəzifəsinin icraçısı statuslarına gətirilsə də, 1923-cü ildə Primo de Riveranın hərbi çevrilişindən sonra siyasi təzyiqlərlə bütün vəzifələrindən yenidən istifa etməli olur, ardınca isə sürgünə göndərilir (1924). Bir müddət Kanarya adalarında, daha sonra Parisdə, sürgün həyatı yaşayan don Miqel, Fransa-İspaniya sərhəddində yerləşən Endaya şəhərinə köçür və 1930-cu ilə qədər orada yaşayır.

Ardını oxu

Mütləq Oxumalı Olduğunuz 15 İbero-Amerikan Müəllif

Dünyada, o cümlədən ölkəmizdə bir çox insanın İspaniya və Latın Amerikası ölkələrinə qarşı qəribə bir simpatiyası, böyük bir marağı var. Bir çox insan ömründə ən az bir dəfə də olsa, ispan dili öyrənməyə çalışır. Lakin bu sevginin, pərəstişin içi intelektual bilgilərlə doldurulub, dəstəklənməsə, bir müddət sonra əriyib gedir. Belə ki, bir bölgənin dilini, mədəniyətini, tarixini, ədəbiyatını vs. bilmədən ona sevgi bəsləmək olduqca platonik səslənir.

Halbuki, həm İspaniya həm Latın Amerikası ölkələrininin ədəbiyatlarından elə əsərlər çıxmışdır ki, onları oxuduqca həmin sevgi hissi başqa hisslərlə qarışaraq tamam fərqli pəncərələri açmağımıza səbəb olur. Sözü çox uzatmadan, mütləq oxumalı olduğunuzu düşündüyümüz 15 ibero-amerikan müəllifi sizə təqdim edirik.

Ardını oxu

Nifrətdən Mərhəmətə – Miqel de Unamuno

Miqel de Unamuno

Toribionun Madridə həmin səfəri bərbad səyahət olmuşdu. Kənddə ona nə qədər əziyyət vermiş həmin o Kampomanesin alçaq sifətini ağlından çıxarda bilmirdi. Kampomanes! Bütün mənfi şeylər onda cəmlənmişdi. Toribio nifrət etdiyi bütün vulqar keyfiyyətləri ona aid edir, onun xainliyinə, pisniyyətinə güvənməməkdən isə zövq alırdı. Gözünü qırpmadan “Xain? Pisniyyətli Kampomanes? Çox istəyərsən elə, alçaqsan, başqa heçnə!” deyirdi.

Əlcəklərini götürüb taxmaq istəyirdi, lakin sonradan “Kampomanes də belə əlcəklərdən geyinir…Yekəxana görünəcəm…” deyə fikirləşib onları taxmadı.

Onunla, xəyalında canlandırdığı Kampomanesin ləyaqətsiz şəkli ilə, Madridə gəldi.

Həmin axşamüstü köhnə kafeyə getdi. Orada hər şeydən danışaraq, bütün qəm-qüssələrini unudub, Kampomanesi yadından çıxardacaqdı.

Ardını oxu

Qabriel Qarsiya Markes – Yalnız zəng etmək üçün gəlmişəm

Qabriel Qarsiya Markes

Yağışlı bir yaz günü Barselonaya tək səyahət edərkən Mariya de la Lus Servantesin kirayə götürdüyü avtomobil Moneqros çöllüyündə xarab oldu. İyirmi yeddi yaşlı gözəl və ciddi görkəmli bu meksikalı qadın illər öncə məşhur estrada artisti kimi də tanınırdı. O, kübar bir sehrbazla ailə qurmuş və indi Saraqosadakı valideynlərinə baş çəkdikdən sonra ərinin yanına qayıdırdı. Şıdırğı yağışda sürətlə şütüyən avtomobil və yük maşınlarına bir saat ümidsizcə əl etdikdən sonra köhnə bir avtobusun sürücüsü onun halına acıyıb götürdü. Ancaq xəbərdarlıq etdi ki, çox uzağa getməyəcək.

– Eybi yox – Mariya dedi – Mənə sadəcə zəng etmək üçün telefon lazımdır.

Bəlli ki, zəng etmək sadəcə ərini axşam saat yeddidən tez gələ bilməyəcəyi haqda xəbərdar etmək üçün lazım idi. Tələbə paltosunda və çimərlik ayaqqabısında iliklərinə qədər islanmış quşcığaza oxşayırdı. Başına gələn bu bədbəxtlikdən özünü elə itirmişdi ki, avtomobilin açarlarını da götürməyi unutmuşdu. Sürücünün yanındakı zabitəli ancaq üzündən şirinlik yağan bir qadın ona dəsmal və ədyal verib öz yanında əyləşməsi üçün kənara çəkildi. Yarıya qədər qurulandıqdan sonra Mariya oturdu, ədyala bürünüb siqaret yandırmağa çalışdı, amma kibrit yaş idi. Yanındakı xanım ona kibrit uzatdı və quru qalmış az saylı siqaretlərdən birini də ona verməyi xahiş etdi. Siqaret çəkərkən Mariya ürəyini boşaltmaq istəyini saxlaya bilmədi və onun səsi yağışın və ya avtobus mühərrikinin səsində daha çox eşidilirdi. Ancaq o biri qadın şəhadət barmağını dodaqlarına qoyaraq sözünü kəsdi:

– Onlar yatıblar – pıçıldadı.

Mariya başını çevirəndə gördü ki, avtobus yaşı bilinməyən, müxtəlif vəziyyətli, ondakı kimi ədyallara bürünmüş qadınlarla doludu. Onların sakitliyi Mariyaya da yoluxdu və oturacağı istiqamətinə çevrilib yağışın şırıltısına təslim oldu. Oyananda artıq gecə düşmüş, leysan isə buzlu gecə soyuğunda ərimişdi. Nə qədər yatdığı, dünyanın hansı yerində olduğu barədə heç bir fikri yox idi. Yanında oturmuş qadının vəziyyəti həyəcanlı görünürdü.

– Hardayıq? – Mariya ondan soruşdu.

Ardını oxu

Meksika haqqında 15 maraqlı fakt

  1. Meksika dövlətinin rəsmi adı Meksika Birləşmiş Ştatlarıdır. 1821-ci ildə İspaniya İmperiyasından müstəqillik qazandıqdan Aztek Piramidalarısonra ölkə Meksika İmperiyası adlandırılırdı. Belə ki, İspaniyanın fransız qoşunları tərəfindən işğalından sonra, bütün Latın Amerikası koloniyaları mərkəzə – Madriddə yaradılmış süni burbon hakimiyyətinə qarşı üsyan etmiş və nəticədə bir-bir müstəqillik əldə etmişlərdi. Meksikada isə dövlət idarə şəkli konstitusiyalı monarxiya olaraq qəbul edilmiş və azadlıq hərəkatının başçısı Aqustin de İturbide imperator elan edilmişdi. Lakin cəmi 3 il sonra imperator ölkədən qovulmuş və 1824-cü ildə ölkədə respublika elan edilmişdir. Parlamentin liberal və demokratik dəyərlərin yenicə icra edilməyə başladığı ABŞ-a olan simpatiyasına görə dövlət Meksika Birləşmiş Ştatları adlanmağa başladı.
  1. Meksika dövlət bayrağı 3 şaquli bərabər hissədən ibarətdir. Hissələr yaşıl, ağ və qırmızı olmaq üzrə 3 rəngdən ibarətdir. Yaşıl rəng azadlığıMeksika Bayrağı, ağ rəng birliyi, qırmızı rəng isə milli qəhrəmanların qanını simvolizə edir. Bayrağın ortasında ölkənin ən önəmli simvollarından biri olan, Milli Gerb təsvir edilir. Əfsanəyə görə aztek tanrısı Huitzilepoçtli azteklərə – qədim meksikalılara kaktusun (nopal) üstündə ilan yeyən qartal gördükləri torpaqlarda yurd salmaları əmr edir. Meksika gerbindəki təsvir məhz həmin əfsanəyə söykənir.
  1. Bu günkü Meksika əhalisi bir çox qədim mədəniyyətlərin, o cümlədən olmeklər, zapoteklər, tolteklər, mayalar, azteklər və ispanların qarışığından əmələ gəlmişdir.
Ardını oxu

İspan Mətbuatında Azərbaycan (1880-1905)

Yəqin ki, Azərbaycanda keçən əsrlərdə baş verən hadisələrin mətbuatda necə əks olunması bir çoxlarımızı maraqlandırmaqdadır. Lakin, təəssüf ki, bir çox səbəblərdən, o dövrə aid yerli mətbuat nüsxələrini əldə etmək bir o qədər də asan deyil, hələ onları online formatda əldə etmək bəlkə də mümkünsüzdür.

Lakin, yaşı 300 ildən çox olan İspan Qəzet Nəşriyyatında arxivləri yayımlamaq o qədər də çətin deyil. İspaniyanın köklü ABC, La Vanguardia, el Pais kimi qəzetləri öz arxivlərini internetdən online olaraq yayımlamaqdadırlar. Hispaniya.com olaraq, bizlər də Azərbaycanı həmin qəzetlərin arxivlərindən axtarıb, sizlərə, öz dilimizdə təqdim edirik.

Hər qəzet öz arxivini müxtəlif illərdən etibarən yayımladığı üçün, yazımızın ilk hissəsində sadəcə “La Vanquardiya” və “ABC” qəzetlərinin arxivlərindən istifadə etmişik. Növbəti illərin xəbərlərində digər böyük qəzetlərin o cümlədən, İspaniya Milli Kitabxanasının arxiv materiallarından istifadə edəcəyik. Hər dövrə görə xəbər sıxlığı dəyişdiyindən, biz də müxtəlif periodlara və məlumatın önəminə görə xəbərləri toplayaraq, maraqlanan oxuyucularımız üçün dərc edəcəyik.

Ardını oxu

Şamaxı Zəlzələsi İspan Mətbuatında (1902)

12 Mart 1902

“La Vanguardia” qəzeti, səh. 4-5, İspaniya

“La Vanquardiya” oxuyucularının bizdən öyrəndikləri Şamaxıdakı fəlakətin, hadisə barədə Tiflisdən yollanan ilkin xəbərlərdən daha da betər olduğu deyilir. Ən güclü fantaziya belə fəlakətin əsl mənzərəsini təsvir etməkdə aciz qalar.

Şamaxı bir neçə il öncəyə qədər vilayətin paytaxtı olmuş, Zaqafqaziyada yerləşən 30,000 əhalisi olan və Rusiyanın Avropadakı şəhərlərindən gələn köç sayəsində ildən ilə inkişaf edən bir şəhər idi.

Baş verən fəlakəti təsvir edə bilmək üçün Zaqafqaziyanın bu möhtəşəm məmləkətini tanımaq olduqca vacibdir.

Yerin geoloji qanunlarını bilənlər daha öncədən bildirmişdilər, amma nəticəsində müsəlman-tatar əhalinin qarşısıalınmaz həlakı, dövlət məmurlarının diqqətsizliyi də nəzərə alınmış olsa idi bu öngörümdə, bəlkə də önləm alınar, ən azından fəlakətin ölçüsü bu qədər olmazdı.

Kiçik Asiya ilə bənzərlikləri olan Zaqafqaziya klassik vulkanik hərəkətli bir bölgədir. Zəlzələsiz keçən bircə ili belə yoxdur. Bir neçə ay əvvəl Ermənistanın paytaxtı, Ərzurum da eyni səbəbdən uçquna məruz qalmış, ətraf kəndlər də zərər görmüşdü.

Ortasında Şamaxı kimi yerin olduğu belə bədbəxt bir ölkə daha təsəvvür etmək çətindir. Qayalıq və sıldırımlardan uzaq, neft mədənləri və Xəzər dənizindən Tiflisə gedən hər şeylə dolu Bakıdan sadəcə 90 km məsafədə yerləşən Şamaxıya ən yaxın dəmiryolu stansiyası Kürdəmir 50 km uzaqdadır.

Zaqafqaziyanın geoloji strukturunu 40 il araşdıran geoloq Abix1 deyirdi ki, Şamaxı Zaqafqaziyanın ən təhlükəli nöqtəsində yerləşir və əvvəl axır 1826-cı ildəki fəlakətdən daha güclüsü baş verəcək: “Ya bu şəhəri tərk etməli, ya da güclü sarsıntılara dözə biləcək binalarla yenidən inşa etmək lazımdır.”

Ardını oxu

Azərbaycan dili və xarici dillər arasında transliterasiya problemi

Siyasi və iqtisadi cəhəttən güclü olan, elmə və ədəbiyyata praktiki olarak önəm verən cəmiyyətlərin dili də həmin ölçüdə inkişaf edir, güclü olur, digər dillərə qarşı dominantlıq edir, hətta digər dilləri də təsiri altına ala bilir.

Azərbaycan dili digər oğuz dillərindən coğrafi və siyasi səbəblərdən ayrıldıqca, müstəqilləşdikcə, danışıldığı bölgələrdəki rejimlərin zəifliyi ucbatından yenilmişlərin dili olmaqdan qurtula bilməmişdir.

Saray dili, digər ifadə ilə rəsmi dil ola bilməyən Azərbaycan dili daima digər dillərin kölgəsində qalmışdır. Bu səbəbdən də istər tarixi, istər elmi araşdırmalarda qaynaq dil olma özəlliyi yox dərəcəsindədir.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan dilinə verilən önəm artmışsa da, digər dillərlə münasibət rus dili vasitəsi ilə mümkün olmuşdur. Bu məsələdə, sadəcə klassik səbəblərdən, ərəb və fars dillərini çıxmaq lazımdır.

Əsasən qərb dilləri ilə əlaqələrdə isə rus dilinin həm vasitəçi həm təyin edici olması isə hələ də özünü göstərməkdədir. Xüsusi ilə toponimlərdə, həmçinin özəl adlarda həm Azərbaycan dilindən digər dillərə, həm digər qərb dillərindən Azərbaycan dilinə olan mətnlərdə adların transliterasiyası hələ də rus dilinin diktəsi ilə yazılmaqdadır.

Buna misal olaraq:

Ardını oxu

Catar e Azerbaijão

«Os dois países são exemplos de formas de investimento em esportes e turismo, além de importantes oportunidades para clubes de futebol que possuem uma visibilidade conseguir captar recursos internacionais.»

João Xavier Ricardo Zimmer

Diplomado do Centro Universitário Vila Velha
Coordinador de Hispaniya.com no Brasil

Esporte como forma de divulgação nacional: os casos de Catar e Azerbaijão

Nos últimos anos, alguns países passaram a ter taxas de crescimentos altíssimas, principalmente devido a alta do petróleo e por possuírem importantes reservas desse recurso, e passaram a investir no esporte com dois principais interesses: a divulgação direta do país e o aumento do turismo.

O Catar é um desses lugares. Península localizada no golfo pérsico é o país com o maior PIB per capita do mundo1, graças a enorme reserva de petróleo e gás e pequena população. E através do governo e de fundos mantidos por ele, investe-se no esporte.

Ardını oxu