Qram-qram ölürlər – Marta Madeyros

Qram-qram ölürlər səyahət etməyənlər,
Kitab oxumayanlar, musiqi dinləməyənlər,
Mənliklərində xoş niyyət daşımayanlar.
Qram-qram ölürlər.

Qram-qram ölürlər, özünə hörmət qoymayanlar
Yardım əlini havada qoyanlar,

Qram-qram ölürlər.
Öz adətlərinin əsirinə çevrilənlər,
Hər gün eyni yolu təkrar edənlər,
Geyiminin markasını dəyişməyənlər,
Paltarlarının rəngini dəyişməyənlər.
Vəya tanımadıqlarıyla danışmayanlar.
Qram-qram ölürlər.

Qram-qram ölürlər.
Ehtiras və onun verdiyi başdöndürən
hisslərdən uzaq duranlar,
Qəlbi sınıqların gözlərindəki işıltını
Söndürənlər,
Qram-qram ölürlər.

Qram-qram ölürlər,
İşdə və eşqdə nakam olub
Yön dəyişdirməyənlər,
Xəyalları üçün risk eləməyənlər,
Həyatında bircə dəfə də olsun,
Ağıl verən öyüdləri başından eləməyənlər,
Qram-qram ölürlər…

Bu Gün Yaşa!
Bu Gün Risk Elə!
Bu Gün Bildiyini Et!

Qoyma qram-qram Öləsən!

Xoşbəxt olmağı unutma!

Portuqal dilindən tərcümə: Əfqan Xəlilli
Orijinal Adı: Quem morre?
Müəllif: Martha Madeiros

Qeyd: Bu əsər, internetdə səhvən Çili şairi Pablo Nerudaya aid edilsə, Pablo Neruda Fondunun verdiyi məlumata əsasən müəllif o deyil.

%d bloqqer bunu bəyənir: